7 İyun 2023 18:58
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyalı hakerlərdən ibarət “Kimsuky” qrupu Cənubi Koreyanın keçmiş nazirləri və nazir müavinləri də daxil olmaqla bir çox siyasətçinin elektron poçtlarını gizli şəkildə izləyib və şəxsi məlumatlarını oğurlayıb.

Teleqraf.com xəbər verir ki, Milli Polis Agentliyi (NPA) haker qrupun 150 siyasətçiyə saxta elektron məktub göndərdiyini açıqlayıb.

Bildirilir ki, haker qrup 2022-ci ilin aprel-iyul aylarında həmin şəxsləri saxta saytlara yönləndirmək üçün çaşdıran elektron məktublar göndərib və 4-9 ay ərzində eyni vaxtda onları izləyib.

Cənubi Koreyanın kəşfiyyat təşkilatı “Kimsuky” tərəfindən göndərilən təxminən 5800 e-poçtu təhlil edib və lazımi tədbirlər görüb.

Seul hökuməti iyunun 2-də “Kimsuky” qrupuna qarşı birtərəfli qaydada sanksiyalar tətbiq edib.

“Google”un kibertəhlükəsizlik bölməsi Mandiant tərəfindən açıqlanan hesabatda “Kimsuky”nin Şimali Koreyanın nüvə proqramı ilə bağlı casusluq əməliyyatlarını maliyyələşdirmək üçün kriptovalyuta oğurladığını ortaya çıxarıb. Bildirilib ki, hakerlər oğurlanmış kriptovalyutaları bulud mədən xidmətləri vasitəsilə yuyublar.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər