8 İyun 2023 10:25
4 521
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna qoşunları yeni ərazilərin – Xerson, Zaporoje, Donetsk və Luqanskın inzibati sərhədlərindən 500 kilometr uzaqlaşdırılmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu işğal edilmiş Donetskdəki separatçıların başçısı Denis Puşilin deyib.

“İstər siyasi, istərsə də hərbi xarakterli məsələlərdə nə lazımdırsa, sona qədər gedib həyata keçirməyə hazırdırlar. İnzibati sərhədlərə çatmaq istəsək, düşmən (Ukrayna) dayanmayacaq. Təxribat və atəşlər davam edəcək. Vəziyyət düşməni daha da irəli getmək zərurətini diktə edəcək. Sual yaranır: yaşayış məntəqələrimizin atəşə tutulmaması üçün nə qədər geri çəkilmək lazımdır? Ən azı 500 kilometr. Ukraynanın sərhədi Dnepr çayı boyunca ola bilər”, - separatçı bildirib.

Onun sözlərinə görə, indiki məqamda dayanmaq olmaz. Puşilin bütün Ukraynanın ələ keçirilməli olduğunu söyləyib.

“Məncə, Ukrayna tam azad olunmayana (işğal) qədər vəziyyət düzəlməyəcək”, - baş separatçı əlavə edib.

Rusiya ötən il Ukraynanın Xerson, Zaporoje, Donetsk və Luqansk vilayətlərini ilhaq etdiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu