Ukrayna müdafiə qüvvələri Baxmut istiqamətində cəbhə xəttinin bir kilometrdən çox dərinliyinədək irəliləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun 3-cü Hücum Briqadası məlumat yayıb.
“Son sutka ərzində 3-cü Hücum Briqadası düşməni cəbhə xətti boyu 1.8 kilometr, eləcə də 1.2 kilometr dərinliyədək ərazilərdən sıxışdırıb çıxarıb”, - məlumatda deyilir.
2-ci Hücum Batalyonunun hücum əməliyyatları nəticəsində isə cəbhənin bu istiqamətində Rusiyanın 57-ci Briqadasının bölmələri və digər döyüş dəstələri ağır itki veriblər.
Rusiyanın döyüş sursatı, texnikası, xüsusən PDM, tankları və artilleriyasının saxlandığı anbarlar da məhv edilib. Nəticədə Rusiya qüvvələri öz mövqelərindən geri çəkiliblər.