Pentaqon Ukrayna üçün hava hücumundan müdafiə sursatları da daxil olmaqla, dəyəri 2 milyard dollardan çox olan silah paketini açıqlayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Vəsait raket buraxılış qurğuları və “Hawk” raketlərinin, həmçinin “Patriot” hava hücumundan müdafiə sistemi üçün iki növ təkmilləşdirilmiş raketlərin alınmasına sərf olunacaq.
Bundan əvvəl xəbər verilmişdi ki, Pentaqonun rəhbəri Lloyd Ostin iyunun 15-də Brüsseldə Ukrayna üzrə təmas qrupunun iclasını keçirəcək.