ABŞ Ukraynaya 2,1 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətindən məlumat verilib.
Yeni paket çərçivəsində Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatlar, həmçinin hava hücumundan müdafiə sistemləri üçün kritik vasitələr veriləcək.
Bu yardım ABŞ-ın resursları birbaşa istehsalçılardan və ya tərəfdaşlardan aldığı Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) vasitəsilə təmin edilir.
Pentaqodan qeyd edilib ki, ABŞ Ukraynanın döyüş meydanında uzunmüddətli təhlükəsizlik ehtiyaclarını qarşılaya bilməsini təmin etmək üçün müttəfiqləri və tərəfdaşları ilə işləməyə davam edəcək.