7 Yanvar 2015 01:54
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Şimali Amerikada çoxsaylı insanın yaralanması ilə nəticələnən avtobus qəzası baş verib. Kanadanın Alberta əyalətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 21 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Teleqraf.com-un “TASS”-a istinadən məlumatına görə, Edmonton şəhərindən 35 sərnişinlə yola düşmüş avtobus Casper şəhəri yaxınlığında qəzaya uğrayıb.

İlkin məlumata görə, yolun buzlu olması qəzaya səbəb olub. İdarəetməni itirən avtobus yolun kənarına aşıb.

Hadisə ilə bağlı polis araşdırma aparır.


Müəllif: