ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-ın Rusiya, Çin və Ukrayna ilə heç bir probleminin olmayacağını bildirib.
Teleqraf.com "CNN"-ə istinadən xəbər verir ki, o, bu barədə Gürcüstanda çıxışı zamanı deyib.
"Əgər Amerikanın düzgün lideri olarsa, o zaman bu ölkələrlə probleminiz olmayacaq. Bizim Rusiya və Ukrayna ilə heç vaxt problemimiz olmazdı”, - deyə o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Trampa qarşı ittiham aktı barədə məlumat yayılmışdı. Bildirilir ki, Tramp ABŞ-ın nüvə proqramlarına dair məlumatları ehtiva edən məxfi sənədləri saxlayır.