Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən UEFA Çempionlar Liqasının final oyununda qalib olan İngiltərənin “Mançester Siti” klubunu təbrik edib.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkədə paylaşım edən Ərdoğan bunları yazıb:
"Türkiyənin göz bəbəyi, sivilizasiyaların beşiyi olan İstanbulumuzun ev sahibliyi ilə Atatürk Olimpiya Stadionunda oynayan, dünyanın ən böyük idman təşkilatlarından biri olan Çempionlar Liqasının finalında çempionluq qazanan “Mançester Siti” komandasını təbrik edirəm.
Türkiyənin qonaqpərvərliyini bir daha sübut edən, bu böyük tədbirin problemsiz və uğurlu təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm”.