12 İyun 2023 11:34
1 564
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (İCC) Kaxovka su elektrik stansiyasının dağıdılması ilə bağlı araşdırmaya başlayıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bəyanatla çıxış edib.

Zelenskinin sözlərinə görə, ICC nümayəndələri Xerson vilayətinə səfər ediblər. O əlavə edib ki, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları mümkün qədər istintaq prosesinə cəlb olunub və Beynəlxalq Ədalət Məhkəməsinə (BCM) töhfə verəcəklər.

“Bu günlərdə ICC nümayəndələri Xerson vilayətinə səfər ediblər. Fəlakətdən sonrakı ilk gün baş prokuror bu fəlakətin araşdırılması üçün BCM-yə müvafiq müraciət göndərib. Və iş artıq başlayıb”, - deyə Zelenski izah edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər