Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Türk Respublikasına (KKTC) səfəri başlayıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, onu müavini Cevdet Yılmaz, İstanbul valisi Davud Gül, AK Partiya İstanbul İl sədri Osman Nuri Kabaktepe və digər rəsmilər yola salıblar.
Prezident Ərdoğanı Ercan hava limanında KKTC Prezidenti Ersin Tatar və xanımı Sibel Tatar, KKTC Cümhuriyyət Məclisinin sədri Zorlu Töre, Baş nazir Ünal Üstel və Türkiyənin Lefkoşa səfiri Metin Feyzioğlu və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, prezidentin kommunikasiya direktoru Fahrettin Altun, MİT rəhbəri İbrahim Kalın, Müdafiə Sənayesi Başçısı Haluk Görgün və AK Partiya sözçüsü Ömər Çelik müşayiət edib.
KKTC prezidenti Ersin Tatar və baş nazir Ünal Üstel ilə görüşəcək Ərdoğan təkbətək görüş və iş yeməyindən sonra Prezident sarayında Tatarla birgə mətbuat konfransı keçirəcək.