“Türkiyə İsveçin Şimali Atlantika alyansına daxil olmasına veto qoymalıdır”.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, belə bir müraciətlə Türkiyənin Ana Vətən Partiyasının başqanı Doğu Perinçək ölkə hakimiyyətinə müraciət edib.
Siyasətçi NATO-nun genişlənməsi prosesini Türkiyə üçün təhlükə adlandırıb. “NATO-nun istənilən istiqamətdə genişlənməsi Türkiyə üçün təhlükəni gücləndirir. NATO Türkiyəyə qarşı təhdid mənbəyidir. İsveçin NATO üzvlüyünə qəbulunu Türkiyənin milli birliyi və ərazi bütövlüyü üçün son dərəcə təhlükəli hesab edirik”, - Perinçək bildirib.
O, bütün türk millət vəkillərini İsveçin NATO üzvlüyünə veto qoymağa çağırıb. Ana Vətən Partiyasının başqanı da Ankaranın gələcəkdə Şimali Atlantika Alyansından çıxmasını zəruri sayır.