Xerson vilayətində Kaxovka Su Elektrik Stansiyasının partladılmasından sonra yaranan seldə ölənlərin sayı 10 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu haqda Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində itkin düşənlərin sayı isə 42-yə yüksəlib.
Açıqlamada 46 yaşayış məntəqəsinin su altında qaldığı, 2743 nəfərin təxliyə edildiyi bildirilib.
Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin sosial media hesabında verdiyi video açıqlamada suyun səviyyəsinin təxminən 3,3 metr olduğunu və yarım gün ərzində səviyyəsinin 64 santimetr azaldığını qeyd edib.