“Belarus Rusiyadan taktiki nüvə silahı almağa başlayıb”.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Onun sözlərinə görə, göndərilən silahların bəziləri ABŞ-ın 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombalarından üç dəfə güclüdür.
Lukaşenko belə bir bombanın 1 milyon insanı öldürə biləcəyini qeyd edib:
“Rusiyadan aldığımız raket və bombalarımız var. Bunlar Xirosima və Naqasakiyə atılan bombalardan üç dəfə güclüdür”.
Belarus lideri vurğulayıb ki, göndərilmə prosesi hələ başa çatmayıb. Lukaşenko onu da qeyd edib ki, Belarusda sovet dövründən qalan çoxsaylı nüvə anbarları var. Həmin silahlar da bu anbarlarda yerləşdiriləcək.