Pentaqonun rəhbəri Lloyd Austin logistik dəstəyin Ukraynadakı döyüşlərin nəticəsini müəyyən edə biləcəyini bəyan edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
Austin Pentaqonun Ukrayna qoşunlarını təsirli silahlarla təmin edəcəyini söyləyib: “Hesab edirəm ki, sonda üstünlük logistika baxımından daha yaxşı olan tərəfə keçəcək. Döyüşlər dəyişkən və gözlənilməzdir, lakin ABŞ nə qədər lazımdırsa, Ukraynanı dəstəkləməyə hazırdır”.