Rusiya baş nazirinin müavini Aleksey Overçuk Tacikistanın Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulmaq arzusunun olmadığını bildirib.
Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi Moskvanın bununla bağlı Düşənbədən hələlik heç bir mesaj almadığını deyib.
“Bu, onların qərarı olmalıdır. Bunu necə qəbul edəcəkləri isə tamamilə özlərindən asılıdır”, - Overçuk vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Tacikistana birliyin iqtisadi zonasına inteqrasiyanın gətirəcəyi üstünlükləri izah etməyə çalışır:
“Bu, azad ticarətə, ümumi gömrük sahəsinə və əmək bazarına aiddir”.