Qazaxıstanın tarixi başqa xalqların bir çox tanınmış simaları, o cümlədən rus yazıçıları Aleksandr Puşkin və Fyodor Dostoyevskinin adı ilə bağlıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
Dövlət başçısının mətbuat xidmətinin Telegram kanalında bildirilir ki, Tokayev ölkədə bu müəlliflərin irsinin qorunub saxlanmasına çağırıb:
“Qazaxıstanda Aleksandr Puşkin, Taras Şevçenko, Fyodor Dostoyevski, Mixail Şoloxov və bir sıra dünya şöhrətli şair və yazıçılarının nadir muzeyləri var. Milli mədəniyyətimizin çoxşaxəliliyini təcəssüm etdirən bu irsi qorumaq və onlardan öyrənmək lazımdır”.
Tokayev hesab edir ki, qazaxların milli kodunda müxtəlif mədəniyyətlərin izləri var.