Meksikada Sakit okeanın istiləşməsinə səbəb olan "El Nino" atmosfer hadisələri səbəbindən çimərliklərdə yüzlərlə quş ölü tapılıb.
Teleqraf.com xəbər verir ki, Meksikanın Milli Sağlamlıq, Təhlükəsizlik və Qida Keyfiyyəti Xidməti (Senasica) Çiapas və Aşağı Kaliforniya ştatlarında çimərliklərdə araşdırmaya başlayıb.
Senasica səlahiyyətliləri quş qripi kimi tanınan H5N1 virusundan şübhələnərkən, aparılan müayinələrdən sonra quşların aclıqdan öldüyü müəyyən edilib.
Meksika Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, Sakit Okeanda "El Nino" hadisələri səbəbiylə isinən balıqlar sərin sulara çatmaq üçün daha dərinə dalır. Nəticədə ov tapa bilməyən quşlar aclından tələf olur.
Çili və Perunun Sakit okean sahillərində eyni səbəbdən əvvəllər də kütləvi quş ölümləri müşahidə olunub.