20 İyun 2023 22:13
2 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əgər NATO Ukraynadakı münaqişənin dondurulmasına qarşı olduqlarını deyirsə, onda döyüşsün”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Əgər NATO Stoltenbeqin ağzı ilə bir daha bəyan edirsə ki, Ukraynadakı münaqişənin dondurulmasının əleyhinədirlər, deməli, döyüşmək istəyirlər. Onda döyüşsünlər”, - nazir bildirib.

Lavrov vurğulayıb ki, Rusiya buna hazırdır:

“Ukrayna ətrafında yaranmış vəziyyətdə NATO-nun məqsədlərini çoxdan başa düşmüşük. Bu hədəflər uzun illər formalaşıb. İndi NATO bunları həyata keçirməyə çalışır”.

Onun sözlərinə görə, Qərbdə bəzi siyasətçilər və ekspertlər tədricən ayılır, dünyada baş verənlərin əsl səbəblərini dərk edirlər. Lavrov Qərbin Rusiyaya qarşı hibrid və qaynar müharibələrin birbaşa iştirakçısı olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər