8 Yanvar 2015 00:15
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Öz qeyri-adi hərəkətləri ilə hər kəsi təəccübləndirən tanınmış maqnat Bill Qeyts bu dəfə də bir ilkə imza atıb. Məşhur milyarder Bill Qeyts insan nəcisi olan tullantıdan hazırlanaraq filtrdən keçirilmiş suyu içib.

Teleqraf.com-un Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, B.Qeyts öz bloqunda yayımladığı videoda suyu hazırlayan aparatın iş prinsipini və etibarlı olduğunu göstərib.

Qurğu milyarderin təsisçi ortaqlarından biri olduğu "Janicki Bioenergy" şirkəti tərəfindən istehsal edilir. "OmniProcessor" adı verilən texnologiya sayəsində 100 min insanın nəcisindən 86 min litr təmiz su və 250 kilovat elektrik enerjisi istehsal etmək mümkündür.

B.Qeyts bununla dünyada su çatışmazlığı probleminə diqqət çəkmək istəyib.


Müəllif: