7 Yanvar 2015 23:59
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa ölkələri Ukraynanın böhrandan çıxması və iqtisadıyyatının yenidən dirçəldilməsi üçün fəal dəstəyi davam etdirirlər.

Rəsmi Kiyev həm Avropa Birliyindən, həm də ayrılıqda əksər Qərb ölkələrindən ciddi maddi-texniki dəstək, maliyyə yardımı alır. Bu ölkələr sırasında öndə gedən Almaniya Ukraynaya 500 milyon avro həcmində kredit ayırıb.

Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, bu barədə Ukrayna Nazirlər Kabinetinin mətbuat xidməti açıqlama yayıb.

“Ukrayna tərəfindən sənədi ölkənin İqtisadi İnkişaf və Ticarət naziri Ayvaras Abromaviçus, Almaniya tərəfindən – Almaniya İqtisadiyyat nazirliyinin Dövlət katibi Mattias Maxniq imzalayıb”, məlumatda deyilir.

Ukraynanın Baş naziri Arseni Yatsenyuk qeyd edib ki, maliyyə vəsaitləri ölkənin şərq hissəsində yolların, körpülərin, xəstəxanaların və sosial infrastruktur obyektlərinin bərpasına yönələcək.

Qeyd edək ki, A.Yatsenyuk Almaniya kansleri Anqela Merkelin dəvəti ilə Berlində rəsmi səfərdədir.


Müəllif:

Oxşar xəbərlər