“Ukrayna Silahlı Qüvvələrinin davam edən əks hücumu uğursuz olarsa, ABŞ-ın Kiyevə təzyiqini artıracağı istisna edilmir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
“Ukraynanın əks-hücum əməliyyatı uğursuzluqla başa çatarsa, Birləşmiş Ştatlar Ukraynaya təzyiqləri gücləndirə bilər”, - məlumatda deyilir.
Nəşrin iddiasına görə, əks-hücuma keçən Ukrayna Silahlı Qüvvələri böyük irəliləyiş əldə edə bilməyib, cüzi irəliləyib.
Alman analitiklər Prezident Vladimir Zelenskinin əks-hücum əməliyyatına başlamaları ilə bağlı bəyanatının Qərbin, xüsusən də ABŞ-ın təzyiqi ilə bağlı olduğunu söyləyirlər.