Ukrayna Prezidenti Vladimir Zelenski Odessa hərbi komissarı Yevgeni Borisovu tutduğu vəzifədən azad edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, bu gün Ali Baş Komandanlıq Qərargahında növbət iclas keçirilib. Bu barədə qərar həmin iclasda verilib.
Prezident Ukraynada bütün hərbi komissarlıqların yoxlanılması üçün müdafiə nazirinin birinci müavini Aleksandr Pavlyukun rəhbərliyi ilə komissiya yaradılması barədə göstəriş verib.
İclasda müdafiə-hücum əməliyyatları, silah təchizatı, tərəfdaşlarla müqavilələr, eləcə də Ukrayna müdafiə sənayesində istehsalın artım tempi məsələləri müzakirə edilib.