25 İyun 2023 21:32
19 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Putinin aşpazı” Yevgeni Priqojin tərəfindən idarə olunan “Vaqner” Rusiyanın Belarus ərazisindən Kiyevə yeni hücumuna rəhbərlik edə bilər”.

Teleqraf.com xəbər verir ki, Böyük Britaniya Baş Qərargahının keçmiş rəisi general Riçard Dannat deyib.

Onun sözlərinə görə, Ukrayna rəhbərliyi “Vaqner”in Ukraynanın paytaxtına mümkün hücumundan ehtiyatlı olmalıdır.

“Onun Belarusa getməsi müəyyən narahatlıq doğurur”, - general əlavə edib.

Dannat xəbərdarlıq edib ki, Priqojin öz ətrafında döyüşə hazır qüvvələri saxlayarsa, Rusiya ilə genişmiqyaslı müharibənin başladığı Kiyevə ən yaxın olan Ukrayna ordusunun cinahı üçün növbəti dəfə təhlükə yaradacaq. Generalın iddiasına görə, Rusiya “Vaqner”dən istifadə edərək Ukraynanın paytaxtını ələ keçirmək üçün yenidən cəhd edə bilər.

Dannat “Vaqner” liderinin Rusiyadakı qiyamına da münasibət bildirib:

“Putin şübhəsiz ki, çox zəifləyib. Rusiya ordusu açıq şəkildə çaşqınlıq içindədir”.

Müharibənin əvvəlində Belarus rus qoşunlarının öz ərazisindən Ukraynaya girməsinə icazə vermişdi, nəticədə Çerniqov və Kiyev vilayətlərinin bir hissəsi işğal olunmuşdu. Amma bir neçə ay sonra ərazilər Ukrayna ordusu tərəfindən azad edilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər