Türkiyənin İzmir vilayətinin Buca mahalında 3,6 bal gücündə zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, məlumatı Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu açıqlayıb.
Yerli vaxtla saat 06.37-də baş verən zəlzələnin dərinliyi 6.1 kilometr olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.