“İrandan Rusiyaya uçuşlar müntəzəm xarakter alıb, silahların dəniz (Xəzər) yolu ilə də çatdırılması mümkündür”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat deyib.
İran PUA-larının Rusiyaya göndərilməsi ilə bağlı sualı cavablandıran İqnat qeyd edib ki, Tehrandan uçuşlar intensivləşib.
“Təyyarələrin Tehrandan Moskvaya hərəkətini izləyə bilərsiniz. Xəzər üzərindən də hərəkət var. Maxaçqala, Həştərxan - İrandan yüklər bu limanlara daxil olur. Bunlar müxtəlif xarakterli ola bilər. Dəniz bu iki ölkəni birləşdirir. İran istehsalı olan bu ölümcül silahların da dəniz yolu ilə çatdırılması istisna olunmur. Yəni Tehranla əməkdaşlıq davam edir”, - sözçü bildirib.
Eyni zamanda, İqnat beynəlxalq ictimaiyyətin bu əməkdaşlığı dayandırmaq üçün hər şeyi edəcəyinə ümid etdiyini söyləyib.