Rusiya Prezidenti Vladimir Putin iyunun 24-də baş vermiş hərbi qiyamı iranlı həmkarı İbrahim Rəisi ilə müzakirə edib.
Teleqraf.com xəbər verir ki, iranlı Rusiya liderinə dəstəyini bildirib.
“İran prezidenti 24 iyun hadisələri ilə bağlı Rusiya rəhbərliyinə tam dəstəyini ifadə edib”, - Kremlin açıqlamasında deyilir.
Həmçinin söhbət zamanı Putin və Rəisi Rusiya ilə İran arasında ticarət, enerji və nəqliyyat kimi sahələrdə sazişlərin praktiki icrası baxımından ikitərəfli əməkdaşlığı gücləndirməsindən danışıb.
Bundan əlavə, “Cənubi Qafqazda sabitlik” məsələsini, eləcə də Suriyadakı vəziyyəti müzakirə ediblər.
Şəxsi təmasların davam etdirilməsi ilə bağlı razılaşma əldə olunub.