27 İyun 2023 15:53
10 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çin hakimiyyəti Ukrayna probleminin həlli üçün sülhməramlı səylərə maraq göstərməkdə davam edir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Onun sözlərinə görə, Rusiya Çinin Ukrayna probleminin sülh yolu ilə həlli üçün göstərdiyi səyləri dəstəkləyir.

“Əksər məsələlərdə mövqelərimiz üst-üstə düşür və ya çox yaxındır. Bu, dünyadakı vəziyyətə, qlobal miqyasda baş verən transformasiyaya, bir çox regional, o cümlədən Ukrayna böhranının qiymətləndirilməsinə, onun səbəbləri və yaranmasına aiddir”, - Rudenko bildirib.

O qeyd edib ki, nə Rusiya, nə də Çin Ukrayna problemini təkcə Rusiya ilə Ukrayna arasında münaqişə kimi qəbul etmir:

“Bu, qlobal miqyasda münaqişədir, ona görə də məni ən çox təəccübləndirən və sevindirən odur ki, biz demək olar, ümumi dildə danışırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər