Ukrayna Silahlı Qüvvələri 2014-cü ildən işğal altında olan Krasnoqorivka rayonundakı kiçik bir ərazidə möhkəmlənə bilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.
Desantların Krasnoqorivka rayonunun şərqinə doğru irəliləməsi, ötən il başlayan təcavüzkar müharibədən sonra Ukrayna ordusunun 2014-cü ildən Rusiyanın işğalı altında bir ərazini geri alması baxımından ilk hadisədir.
“Ukraynanın Donbasda eyni vaxtda keçirdiyi son hücumlar, “Donetsk Xalq Respublikası” və çeçenlərin bu ərazilərdəki qüvvələrinin sayının artmasına səbəb olub”, - Britaniya kəşfiyyatı bildirir.
Ukrayna komandanlığı Silahlı Qüvvələrin Marində irəliləyərək Rusiya ordusunun 2014-cü ildən tutduğu bəzi mövqeləri geri alması barədə məlumatı təsdiqləyib.
Təsdiqlənməmiş məlumatlara görə, ukraynalı desantlar 2014-cü ildən işğal altında olan Qorlivkaya da daxil ola biliblər. Amma burada möhkəmlənmək mümkün olmayıb, ukraynalı döyüşçülər ilkin mövqelərinə geri çəkiliblər.