“Vaqner” lideri Yevgeni Priqojinin qiyamı günü ABŞ və Qərb müttəfiqləri Ukraynaya zəng edərək Rusiyanı vurmaqdan çəkinməyi xahiş ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN telekanalının mənbələri məlumat yayıb.
“Qorxu ondan ibarət idi ki, bu durumda belə bir addım Ukrayna və Qərb Priqojini dəstəkləyən və Rusiyanın suverenliyini təhdid edən tərəflər kimi qəbul edilə bilərdi”, - Qərb rəsmisi kanala deyib.
Onun sözlərinə görə, mesaj burada “ləngər vuran qayığı silkələməmək” olub.
Mesaj xarici işlər nazirləri, deputatlar səviyyəsində və səfirlər vasitəsilə çatdırılıb.
“Müttəfiqlər ukraynalılara vəziyyəti təhrik etməmək barədə xəbərdarlıq ediblər. Ukrayna ərazisində mövcud imkanlardan istifadə edin, amma daxili işlərə qarışmayın və Rusiya daxilində hərbi obyektlərə zərbə endirməyin”, - rəsmi bildirib.