Ukrayna Silahlı Qüvvələrinin (AFU) iyunun 8-də ölkənin cənubundakı mina sahələrini aşmaq cəhdi fəlakətlə nəticələnib.
Teleqraf.com xəbər verir ki, bunu köşə yazarı David Axe Forbes üçün yazdığı məqalədə qeyd edib.
O, itkilərin ilkin düşündüyü rəqəmdən qat-qat çox olduğunu yazır.
Məqalədə deyilir: “Ukraynanın Malaya Tokmaçka yaxınlığında məğlubiyyəti düşündüyümüzdən də pis oldu”.
Onun sözlərinə görə, indi analitiklər 47-ci briqadanın M2 piyada döyüş maşınlarının nə qədərinin zərərsizləşdirilmiş və tərk edilmiş olduqlarını hesablayıblar.
Axe aydınlaşdırdı ki, bir “Wisent” minatəmizləmə maşınının məhv edilməsi problem deyil, Ukrayna Silahlı Qüvvələrində onlarla maşın var.
"Amma indiyədək Kiyev cəmi 21 Leopard 2A6 və yüz Amerikalı “Bradley” piyada döyüş maşını alıb. Finlandiya, əlavə olaraq, altı Leopard 2R-ni Ukrayna tərəfinə təhvil verib. Bir-iki qanlı saat ərzində 47-ci və 33-cü briqadaların döyüş qrupu Ukrayna M2-lərinin demək olar ki, beşdə birini, Leopard 2A6-ların beşdə birini və Leopard 2R-lərin yarısını itirdi", - müşahidəçi iddia edir. O, döyüşü Ukrayna Silahlı Qüvvələri üçün fəlakət adlandırıb.