Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.
Bildirilib ki, liderlər Qurban bayramının bütün bəşəriyyətə, xüsusilə İslam dünyasına sülh, əmin-amanlıq və bolluq gətirməsini arzulayıblar.
Telefon danışığı zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.