1 İyul 2023 16:33
15 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda bütün dünya Ukraynada Qərb və Rusiya arasında getdikcə güclənən hərbi-geosiyasi qarşıdurmanı yaxından izləyir. Uzun müddətdir davam edən bu müharibənin sivlizasiyalararası toqquşma olduğu şübhə doğurmur”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elşən Manafov deyib.

Onun fikrincə, bu qarşıdurma yeni dünya nizam və ya dünyanın gələcək müqəddəratı ilə bağlı yox, həm də mental dəyərlərin, ideoloji baxışların və cəmiyyətlərə təqdim edilən və ediləcək əxlaqi-mənəvi dəyərlərin məcmusudur:

“Hazırda baş verənlər ölkələri seçim qarşısında qoyur. Qurban bayramının qeyd olunduğu bu günlərdə iki maraqlı və fərqli hadisə vaş verdi. Bu iki olayla bir-birlərinə əks mövqelərdə dayananlar öz mesajlarını verdilər. Birincisi, İsveçdə bir iraqlı mühacir polisin nəzarəti altında təkcə İslama yox, bütün bəşəriyyətə yönəlmiş terror törətdi. İraqlı müqəddəs Quranın səhifələri ilə ayaqqaıblarını sildi, sonra onu nümayişkaranə şəkildə yandırdı. Özü də bu, 2 milyona yaxın müsəlmanın qatıldığı həcc günündə baş verdi, eləcə də müsəlman dünyası üçün əziz və müqəddəs Qurban bayramında. Artıq İraq İsveç hökumətindən 37 yaşlı vətəndaşının ekstradisiyasını tələb edib. Geri qaytarılacağı təqdirdə onu İraqda üç il həbs gözləyir.

İran baş verənlərə görə İsveç səfirini XİN-ə çağırıb, Əlcəzair, Mərakeş, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri bir-birinə dəyib. Türkiyə Prezidenti Ərdoğan bu olayda İsveç hökumətini məsul bilərək, kəskin etirazını bildirib. Ərdoğan Türkiyəni bu yolla təxribata cəlb etməyin mümkün olmayacağını deyib. Cənab Ərdoğanın qəzəbinin mahiyyətinə varmaq vacibdir. Çünki bunlar Türkiyənin İsveçdəki səfirliyi önündə yaşanır.

Görəsən, məsələ təkcə həmin İsveçin NATO-ya gedən yolunu bağlayan Türkiyə ilə əlaqəlidirmi? Qənaətimə görə, baş verənlər fərqli dünyagörüşləri, əxlaqi-mənəvi dəyərləri özündə ehtiva edən ayrı-ayrı sivilizasiyaların toqquşmasından qaynaqlanır.

Nə qədər ki Qərb bu tip olaylara insan haqları və ifadə azadlığı kimi konseptual mövqedən yanaşır, sivilizasiyalar arasında mədəni mükamilə yox, hərbi, geosiyasi və informativ qarşıdurmanın yüksələn xətlə gücləndiyini görəcəyik”.

Elşən Manafov Rusiya liderinin baş verənlərə münasibətinə də diqqət çəkib:

“Mədəni Avropa”nın İslam dünyasının heysiyyatına qarşı yönəlmiş mənəvi terrora laqeyd və müştəbeh yanaşmasından fərqli olaraq, Rusiya və onun Prezidenti Vladimir Putin dinimizə sayğılı yanaşması da diqqət çəkir. Halbuki Putin də, onun lideri olduğu da “mədəni Avropa” kimi xristiandır, amma yanaşma fərqi eyni deyil. Putin Rusiyada Qurana mümkün belə sayğısızlığın istər konstitusiya, istərsə də cinayət məcəlləsi baxımından məsuliyyət yaratdığını və bunları törədənlərin qanunvericiliyə uyğun olaraq dərhal cəzalandırılacağını dedi. Putin bununla kifayətlənmədi, İslam dünyası üçün bu əziz günlərdə təkcə Rusiya yox, dünya müsəlmanlarını təbrik etmək, onlarla həmrəyliyini nümayiş etdirmək üçün qədim Dərbəndə gəldi, burada məscidi ziyarət etdi. Dərbəndin 2 min yox, 5 min illik tarixə malik olduğunu söyləməklə, tədqiqatçıların diqqətini də bu qədim şəhərə yönəltdi.

Rusiya liderinin niyə məhz Dərbəndi seçməsi isə sual yaradır. Rusiyanın paytaxtında, Peterburqda, Kazanda kifayət qədər məscid var. Bəs Putin bu qədim Azərbaycan şəhərinə gəlməklə öz opponentlərinə, dostlarına, nəhayət avroatlantlar və avrasiyaçılar arasında getdikcə qızışan mübarizə kontekstində hansı icmarışları verir? Bəlkə bu mübarizənin təkcə geosiyasi yox, həm də coğrafi koordinatları ilə bağlı məsələlərə eyham vurur, Rusiya və müttəfiqləri üçün buranın nə qədər vacib geosiyasi səciyyə daşışdığına işarə edir? Suallar çoxdur. Amma “Dəmir qapı” Dərbəndin Rusiya və Dəşti Qıpçaq üçün nə qədər ciddi önəm kəsb etdiyi məlumdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər