Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyaya uçuşların bərpası ilə əlaqədar Gürcüstan Hava Yollarına və onun təsisçisi Tamaz Qayaşviliyə qarşı tətbiq etdiyi sanksiyalar ədalətsizdir.
Teleqraf.com-un “İnterfaks”a istinadla verdiyi xəbərə görə, Papuaşvili bildirib ki, Rusiya ilə hava əlaqəsinin bərpası Gürcüstanın Ukrayna xalqı ilə nümayiş etdirdiyi həmrəyliyi pozmur.
O qeyd edib ki, Ukraynanın tətbiq etdiyi sanksiyalar ağırdır.
Zelenskinin fərmanına əsasən, Rusiya Federasiyası ilə birbaşa uçuşları bərpa edən “Georgian Airways” şirkətinə və onun təsisçisi Tamaz Qayaşviliyə sanksiyalar tətbiq olunub.
Tətbiq olunan məhdudiyyətlər paketində aktivlərin bloklanması, ticarət əməliyyatlarının, uçuşların və Ukrayna ərazisindən tranzitin, iqtisadi və maliyyə öhdəliklərinin dayandırılması, lisenziyaların və digər icazələrin ləğvi nəzərdə tutulur.