Əks-hücumu davam edən Ukrayna ordusunun hazırkı taktikası daha az itkilərlə əraziləri tədricən azad etməyə yönəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
Amerikalı analitiklərə görə, Ukraynanın əks-hücumunun hazırkı tempi vəziyyətin dalana dirəndiyini göstərmir.
“Ukraynanın hazırkı əks hücumu Xarkov vilayətinin böyük hissəsini azad edəndən daha az dramatik və sürətlidir, amma Rusiyanın uğursuz qış-yaz hücumundan daha uğurludur. Ümumiyyətlə, sürəti və ilkin irəliləyişinə görə, daha yavaş, amma uğurlu Xerson əks-hücumuna ən çox bənzəyir”, - məlumatda deyilir.