7 İyul 2023 10:35
2 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna qoşunları Baxmut şəhəri istiqamətində irəliləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun 3-cü Hücum Briqadası komandirinin müavini, mayor Makim Jorin məlumat verib.

Mayor bir sıra strateji yüksəkliklərin bir hissəsinin hazırda Ukraynanın nəzarəti altında olduğunu deyib.

“3-cü Hücum Briqadası Baxmut istiqamətində irəliləyir. Bəzi yüksəkliklər Ukrayna qüvvələrinin nəzarəti altındadır, bəziləri isə hələ də azad edilmə prosesindədir”, - Jorin bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu yeni gələn bölmələr hesabına müqavimət göstərməyə çalışır. Ukraynalı zabit rusların bu səylərinin effektli olmadığını söyləyib.

“İsteriya içində olan rus işğalçıları kimyəvi silahdan istifadə etməyə başlayıblar. Həm bizim, həm də digər bölmələrdə artıq təsdiqlənmiş zəhərlənmə halları var”, - Jorin əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər