Bolqarıstanda dövlət radiosunun türk dilində yayımı dayandırılıb.
Teleqraf.com-un "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, yayım türklərin daha sıx yaşadığı ərazilərdə dayandırılıb. Bu, ölkədəki türk əhalinin narazılığına səbəb olub.
Qeyd edək ki, Bolqarıstanın BNR dövlət radiosu hər gün türk dilində 3 saatlıq yayım həyata keçirirdi. Ölkədə türk dilində yayımlara 1945-ci ildən başlanılıb.
Məsələ ilə bağlı dövlət radiosu açıqlama verməyib. /trend.az/