8 İyul 2023 17:24
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranın Əllamə Təbatəbai Universitetinin tələbəsi, jurnalist Nazilə Marubiyan Evin Prokurorluğuna getdikdən sonra həbs edilib.

Teleqraf.com xəbər verir ki, jurnalist İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşlarının evinə basqından sonra məhkəməyə aparılmışdı.

Basqın zamanı mobil telefonu, notbuku və bir sıra digər şəxsi əşyaları götürülüb.

Nazilə Marubiyan ötən il noyabrda kütkəvi nümayişlər zamanı Məhsa Əmininin atası Əmcəd Əmini ilə müsahibəsinə görə həbs olunmuşdu. 72 günlük həbsdən sonra girov müqabilində müvəqqəti azad edilmiş, bir müddət sonra “təbliğat” ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edildiyi açıqlanmışdı.

Jurnalist həmçinin 5 il ölkədən çıxış qadağası ilə cəzalandırılıb.

22 yaşlı Məhsa Əmininin polis tərəfindən qətlə yetirilməsi İranda bu gün də davam edən kütləvi etirazlara səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər