Rusiya Prezidenti Vladimir Putin qiyamdan sonra “Vaqner” qruplaşmasının lideri Yevgeni Priqojinlə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Görüş qiyamdan beş gün sonra, iyunun 29-da baş tutub və təxminən 3 saat davam edib. Görüşdə “Vaqner”in komandirləri də iştirak edib. Ümumilikdə, Rusiya liderinin qəbuluna 35 nəfər gəlib.
Peskovun sözlərinə görə, prezident baş verənlərlə bağlı öz qiymətini verib və “Vaqner” nümayəndələrinə iş variantları təklif edib.