13 İyul 2023 11:10
10 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yenidən seçildikdən sonra 17 rayon, şəhər, sənaye şirkətləri və qurumların rəhbərlərini vəzifələrindən azad edib.

Teleqraf.com xəbər verir ki, Özbəkistan lideri ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi ilə bağlı keçirilən məsləhətləşmələrdə müvafiq qərarı verib.

Mirziyoyevin sözlərinə görə, işdən çıxarılan rəhbərlər “yatmış xainlər”dir. Prezident günahkarı bağışlamağa hazır olduğunu, xaini isə heç vaxt bağışlamadığını vurğulayıb.

Dövlət başçısı həmçinin Özbəkistan Baş Prokurorluğu və Hesablama Palatasına işdən çıxarılan məmurların fəaliyyətinin yoxlanılmasını, qanunvericiliyin təmin olunmasını tapşırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər