14 İyul 2023 12:30
2 717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya raketinin Rusiyanın azad iqtisadi zonasına düşməsi ilə bağlı təsdiqlənmiş məlumat hələlik mövcud deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Diplomat BMT-nin Şimali Koreyanın iyulun 12-də atdığı raketin Rusiya ərazisinə düşməsi barədə bəyanatını şərh edib.

“Hazırda bizim azad iqtisadi zonamıza düşməsi ilə bağlı heç bir dəstəkləyici məlumat yoxdur”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, BMT-nin raketin uçuş istiqamətini müəyyən edə bilməsi “ümidverici”dir:

“Belə “əminliyi və operativliyi” nəzərə alaraq, katiblikdən bu suala çoxdan gözlənilən cavabı alacağımıza ümid edirik: Zaporoje AES-i kim atəşə tutur?”

Şimali Koreya iyulun 12-də “Hvason-18” qitələrarası ballistik raketini sınaqdan keçirib. Şimali Koreya lideri Kim Çen In sınağı izləyib. Raket 1001 km məsafəni uçaraq Yapon dənizinə düşüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər