17 İyul 2023 00:15
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə etmək üçün iclas keçirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın qurumdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

“İyulun 17-də BMT Təhlükəsizlik Şurası Böyük Britaniyanın şuraya sədrliyinin tələbi ilə Ukrayna böhranının növbəti müzakirəsinə ev sahibliyi edəcək”, – Polyanski teleqram kanalında yazıb.

İclasda Qərb ölkələrinin bir neçə xarici işlər naziri iştirak edəcək. Polyanski qeyd edib ki, onlar bu görüşü “güclü anti-Rusiya şousuna” çevirməyə çalışacaqlar:

“Bizim də deyəcək sözümüz var. Sürprizlər olacaq, onları hələ burada açıqlamağa dəyməz”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər