Kiyev Krım körpüsünə hücumla bağlı bütün qərarları ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanlarının birbaşa iştirakı ilə qəbul edib.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Rusiya Milli Antiterror Komitəsi də Krım körpüsündəki partlayışa görə Ukraynanı ittiham edib. Körpünün PUA-larla hədəfə alındığı bildirilib.