ABŞ ilə Azərbaycan arasında dövlət tərəfdaşlığı proqramının 30-cu yubiley konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim tviterdə bildirib.
"Azərbaycanla ABŞ arasında dövlət tərəfdaşlığı proqramının 30-cu yubiley konfransına qatılmaqdan şərəf duydum və məmnun qaldım. Qonaqpərvərlik, güclü və sarsılmaz əlaqələrə görə, ABŞ Milli Qvardiyasına təşəkkür edirəm", - deyə o bildirib.
Tədbirdə Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndələri, həmçinin hərbi attaşelər iştirak ediblər.