19 İyul 2023 13:43
3 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın taxıl müqaviləsinə xitam verməsi fonunda ABŞ-ın “Newsweek” jurnalı “Zelenski və Putin Ərdoğanın Qara dəniz dəstəyi üçün mübarizə aparır” başlığı ilə yazısı dərc edib.

Teleqraf.com xəbər verir ki, yazıda Rusiya-Ukrayna müharibəsində Türkiyənin tarazlıq siyasəti təqdir olunub, Prezident Rəcəb Tayyib Ərdoğanın Qara dənizdə gərginliyin azaldılmasında aparıcı rol oynadığı qeyd edilib.
Ərdoğanın Qara Dəniz Taxıl Təşəbbüsünü canlandırmaq üçün danışıqları davam etdirəcəyinə dair açıqlaması təhlildə yer alıb.

Nəşrə açıqlama verən Türkiyənin NATO-dakı keçmiş səfiri Fatih Ceylan Ərdoğanın bu səyləri davam etdirəcəyinə yüz faiz əmin olduğunu və zamana ehtiyac duyulduğunu söyləyib.

"Rusiyanın Türkiyəyə daha çox ehtiyacı olduğunu düşünürəm. Rusların indiki şərtlərdə Türkiyənin maraqlarını nəzərə almamaq kimi seçimi yoxdur. Gərgin bir dövr olacaq, buna heç bir şübhə yoxdur. Ruslarla danışıqlar aparmaq həmişə asan olmur. Türkiyənin ortaq görüş üçün hələ də manevr imkanları var. Oyunda mütləq fərqli parametrlər və şərtlər olacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər