19 İyul 2023 15:26
3 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müxtəlif ölkələr Ukraynadakı münaqişədən yorulmağa başlayıblar".

Teleqraf.com "Bloomberg"ə istinadla xəbər verir ki, bunu Braziliya Prezidenti Luis İnasio Lula da Silva Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, münaqişə zaman keçdikcə başa çatacaq və buna vasitəçilərin səyi nəticəsində yekun vurula bilər.

“Dünya yorulmağa başlayır. Elə bir vaxt gələcək ki, sülh olacaq. Sonra Rusiya və Ukrayna ilə danışa biləcək bir qrup ölkə meydana çıxacaq”-, deyə prezident əlavə edib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər