19 İyul 2023 20:12
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ticarət Nazirliyi casus proqram təminatı xidməti göstərən iki Avropa şirkətinin qabaqcıl izləmə vasitələri ilə ABŞ-nin milli təhlükəsizliyini təhdid etdiyini əsas gətirərək, onları ixrac üzrə "qara siyahıya” salıb.

Teleqraf.com xəbər verir ki, qara siyahıya düşən şirkətlər Yunanıstanda yerləşən "Intellexa" və Macarıstanda yerləşən "Cytrox" şirkətləridir.

"Intellexa" və "Cytrox"un qabaqcıl müşahidə və izləmə vasitələri ilə ABŞ başda olmaqla bütün dünyada təşkilatların bütövlüyünə zərər yetirmə və fərdlərin məxfiliyini pozma əsasıyla qara siyahıya salındığı açıqlanıb.

Xatırladaq ki, bunlar ABŞ-nin "qara siyahısı"na daxil olan ilk casus proqram təminatı şirkətləri deyil. Bundan əvvəl də ölkənin Ticarət Nazirliyi casus proqram təminatı xidmətinin istehsalçısı olan şirkətləri "qara siyahı"ya salıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər