9 Yanvar 2015 16:48
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdəki “Çarli Hebdo” satirik jurnalının redaksiyasına hücumda şübhəli bilinən şəxslər keçirilən əməliyyatda çıxılmaz vəziyyətdə qalıb.

Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, bununla bağlı Fransa daxili işlər naziri Bernard Cazeneuve açıqlama verib. Onun sözlərinə görə, hücum edənlərin şəxsiyyəti müəyyənləşib. Ancaq bu məlumat təhlükəsizlik səbəbindən açıqlanmır. O, əməliyyatların hazırda Parisin 77-ci bölgəsindəki Danmartin-en-Qol rayonunda davam etdiyini deyib.

Fransa baş naziri Manuel Valls verdiyi bəyanatda bu mübarizənin dinlə deyil, terrorizmlə bağlı olduğunu bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər