Qırğızıstanın Kiyevdəki səfiri İdris Kadırkulov Ukrayna Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.
Qeyd olunub ki, diplomat Rusiyanın sanksiyalardan yayınmasına göstərdiyi köməyə görə nazirliyə çağırılıb.
Səfirin diqqətinə çatdırılıb ki, hərbi texnikanın təchiz edilməsi üçün istifadə oluna bilən malların Qırğızıstan ərazisindən Rusiyaya ixracı Ukrayna tərəfindən təcavüzkar müharibəyə dəstək məqsədi daşıyan qeyri-dost hərəkət kimi qiymətləndiriləcək.