ABŞ-ın Şimali Karolina ştatında baş verən tornado “Biontech” peyvəndini istehsal edən “Pfizer”in fabrikinə külli miqdarda ziyan vurub.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın bir sıra bölgələri leysan yağışları və ardınca daşqınlara məruz qalıb.
Yarım saat ərzində hər şeyi məhv edən tornadonun sürəti saatda 150 km-ə çatıb. Çox sayda insan yaralanıb, binalar, evlər dağılıb.
ABŞ-ın ən böyük dərman şirkətlərindən biri olan “Pfizer”in fabrikinin damı kağız kimi kiçilib, dağıntı qalaqları hər yerə səpələnib.
Fabrikdə xəsarət alan olmayıb. Lakin mütəxəssislər fabrikə dəyən ziyanın dərman çatışmazlığına səbəb olacağından narahatdırlar.