“ABŞ Ukraynanın “F-16” döyüş təyyarələrini effektiv şəkildə istifadə etməsinə və bu çərçivədə ehtiyac duyacaqları bacarıqları qazanmasına kömək etmək üçün çalışır”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan Koloradoda keçirilən “Aspen” Təhlükəsizlik Forumunda deyib.
O bildirib ki, ukraynalı pilotlara təlim keçmək üçün mümkün qədər tez hərəkətə keçəcəklər: “Müttəfiqlərlə ukraynalı pilotların hazırlanması ilə bağlı iş prosesindəyik və texniki məsələlər həll olunur. Ukraynalı pilotlar üçün hazırlığının nə vaxt başlayacağını dəqiq deyə bilmərəm, amma hazırlıq aylar deyil, həftələr çəkəcək”.
Quru-yer tipli ATACMS raketlərinə gəlincə, Sallivan ABŞ Prezidenti Co Baydenlə Ukrayna Prezidenti Vladimir Zelenskinin bu məsələni müzakirə etdiyini bildirib: “Ukraynaya ATACMS raketlərinin verilməsi barədə qərar Prezident Baydenin səlahiyyətindədir”.
“Vagner” qiyamına fikir bildirən müşavir Yevgeni Priqojinin Ukraynadakı müharibənin gedişindən kifayət qədər narazı olduğu üçün üsyan etdiyini müdafiə edib: “Rusiya Prezidenti Vladimir Putin Ukraynada uğur qazansaydı, Priqojin belə bir cəhd etməyəcəkdi. Ukraynada aktiv olan Vaqnerin yoxluğu Rusiyaya baha başa gələcək. Qarşıdakı aylarda nələrin olacağını təxmin etmək çox çətindir”.